Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2019 14:32
Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə Suriya ilə sərhədə hərbi texnikalar yerləşdirir.
Trend Türkiyə mediasına istinadən xəbər verir ki, bu tədbir terrorçu Kürdüstan İşçi Partiyasının (PKK) PYD / YPG-nin Suriya qanadına qarşı apardığı mübarizə çərçivəsində həyata keçirilib.
Hərbi texnikanın bir hissəsinin Suriyanın şimalına - Fırat Qalxanı və Zeytun budağı hərbi əməliyyatları çərçivəsində azad edilmiş ərazilərə veriləcəyi də bildirilir.
Qeyd edək ki, mayın əvvəlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında Manbij bölgəsində əməliyyatlara başlayacağını bildirmişdi.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin