Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

NASA Marsdan nümunə gətirəcək raket hazırlayır

NASA Marsdan nümunə gətirəcək raket hazırlayır

Tarix: 8 Fevral 2022 08:12

ABŞ Aerokosmik Agentliyi NASA Mars səthindən nümunə gətirəcək raketin layihələndirilməsi üçün "Lockheed Martin" şirkəti ilə müqavilə imzalayıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, müqavilənin dəyəri 194 milyon dollardır.

Qeyd olunur ki, Marsdan süxur gətirmək üçün 3 ayrı kosmik cihaz tətbiq olunacaq. İlk cihaz, 19 fevral 2021-də mars səthinə enən "Perseverance" süxur və hava nümunələrini toplamalıdır. Bundan sonra, Avropa Kosmik agentliyinin digər gəmisi bu nümunələri götürərək "Mars Ascent Vehicle" adlı cihaza yükləməlidir. Nəhayət sonuncu mərhələdə "EKA Earth Return Orbiter" adlı cihaz bunları Yer səthinə çatdırmalıdır. Proses 2030-cu ilədək başa çatacaq. Bu nümunələr sayəsində qırmızı planetdə həyatın olub-olmaması müəyyən ediləcək.


Etiketlər:  NASA Marsdan nümunə gətirəcək raket hazırlayır


RƏYLƏR