Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2022 10:00
Britaniyanın Kral İncəsənət Kollecinin tələbəsi Vey Lun Honq qeyri-adi geyimlərinin kolleksiyasını təqdim edib. Kolleksiyanın əsas ideyası uzaqdan işləmək imkanıdır.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, düzdür, Honqun yaratdığı qarderob əşyalarının heç biri rahat deyil. Onların hamısı distant işin tətbiq olunduğu şəraitdə daha məhsuldar işləmək üçün nəzərdə tutulub.
Ümumilikdə tələbə üç növ geyim təqdim edib. Onlardan ən maraqlısı isə birbaşa içərisinə tam miqyaslı kompüter quraşdırılmış kombinezondur. Əsas kompüter arxa tərəfdə, iki monitor isə öndə yerləşir. Split klaviatura və siçan ilə siz istənilən yerdən işləyə bilərsiniz. Qulaqlıqlar isə birbaşa kapüşona "tikilib".