Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2022 21:03
Adaçayı dərman bitkisi hesab edilir və min bir dərdin dərmanı olduğu deyilir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər adaçayının beyin üçün faydalı olduğunu açıqlayıb. Məlum olub ki, adaçayı depressiyaya qarşı effektiv təsir göstərir. Həmçinin beyin funksiyasını yaxşılaşdırır, sinirləri və baş ağrısını rahatlaşdırır.
Digər faydaları
Adaçayı bədəndən zərərli toksinlərin çıxarılmasını təmin edir, bronxit və astma simptomlarını aradan qaldırır, qaraciyəri təmizləyir, sidik yolu infeksiyasının müalicəsində kömək edir, həddindən artıq tərləməni və stressi azaldır, bədəni sakitləşdirir, saçların ağarmasını yavaşladır, göbələk infeksiyalarına qarşı istifadə olunur, yaddaşı gücləndirir, qanda şəkəri azaldır, diş ağrılarına qarşı istifadə olunur, ağız yaralarını müalicə etmək üçün istifadə olunur, boğaz ağrısını azaldır, qocalma prosesini ləngidir, selülit problemini minimuma endirir və həzm sistemini yaxşılaşdırır.
Adaçayı dəmləmək üçün təzə adaçayı və qurudulmuş adaçayı yarpaqlarından istifadə edə bilərsiniz.
Adaçayının yuxarıda göstərilən bir çox faydası olmasına baxmayaraq, gündə 2-3 fincandan çox adaçayı içmək sağlamlıq üçün ciddi təhlükə ola bilər.