Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həkimdən xəbərdarlıq: Bu simptomlara fikir verməsəniz əzanızı itirə bilərsiniz

Həkimdən xəbərdarlıq: Bu simptomlara fikir verməsəniz əzanızı itirə bilərsiniz

Tarix: 11 Fevral 2022 09:39

Tromb özünü göstərməyə bilməz: ağrı, ətrafların uyuşması və soyuqluğu, dərinin ağarması. Bu simptomlara laqeyd yanaşmaq və onları əzanın motor funksiyasının pozulduğu nöqtəyə gətirməmək vacibdir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı tibb elmləri doktoru Andrey Çupin trombun yarandığını müəyyən etməyin yollarını açıqlayarkən bildirib.

"İnsana hətta elə gəlsə ki, nəsə yolunda deyil, vəziyyət tam aydın deyilsə belə, yaxşı olar ki, işini zəmanətə alsın və həkimə müraciət etsin", - deyə Çupin əlavə edib .

Onun sözlərinə görə diaqnoz kəskin trombozu təsdiq edərsə, əməliyyat aparılmalıdır, əks halda xəstə əzasını itirə bilər.  Həkim bildirib ki, vəziyyət cərrahi müdaxiləyə ehtiyac duymayacaq şəkildə olsa belə güclü antikoaqulyant terapiya və angioprotektor müalicəyə ehtiyac var.

Çupin həmçinin qeyd edib ki, bu cür simptomlar təkcə trombu deyil,  həm də ətrafların uyuşması ilə müşayiət olunan radikulopatiyanı (bir və ya daha çox sinir kökcüyünün zədələnməsi) göstərə bilər.

Yeri gəlmişkən qeyd edək ki, koronavirus keçirən insanlarda da tez-tez tromboz halına rast gəlinir.

Milli.Az


Etiketlər:  Həkimdən xəbərdarlıq Bu simptomlara fikir verməsəniz əzanızı itirə bilərsiniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ