Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2022 13:58
ABŞ-dan Ukraynaya hərbi yardımın növbəti partiyası göndərilib.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Aleksey Reznikov feysbukda yazıb.
Onun sözlərinə görə, budəfəki hərbi yardımın çəkisi 130 tondur: "Daha 2 hərbi təyyarə Kiyevə çatıb. Bu, ABŞ-ın 15-ci hərbi yardımıdır. Hərbi yardımların ümumi çəkisi 1200 tondan çoxdur".
Eyni zamanda, hərbi yardımın gələcəkdə də davam etdiriləcəyi bildirilib.
Qeyd edək ki, bundan əvvəl sonuncu hərbi yardım fevralın 9-da göndərilmişdi. Rəsmi Vaşinqton Rusiyanın Ukraynaya mümkün hücumu ilə əlaqədər Kiyevə dəstək göstərəcəyinə razılıq verib.