Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bir qrup azərbaycanlı Ukraynadan Moldovaya keçdi

Bir qrup azərbaycanlı Ukraynadan Moldovaya keçdi

Tarix: 26 Fevral 2022 16:42

Ukraynada yaranmış vəziyyətlə əlaqədar bir qrup azərbaycanlı bu ölkəni tərk edərək, Moldova ərazisinə keçə bilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov bildirib ki, son 3 gündə təxminən 500 azərbaycanlı Moldova ərazisinə keçib.

"80-100 nəfərlik qrup yığılır. Səfirliklə birlikdə avtomobillər təşkil edərək onları yerləşdiririk. Hazırda səfirlik viza problemləri ilə məşğuldur. Hazırda İstanbula Rumıniyadan uçuş var. Azərbaycan vətəndaşalrının uçması üçün viza lazımdır. İşlərə davam edirik".

Milli.Az


Etiketlər:  Bir qrup azərbaycanlı Ukraynadan Moldovaya keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ