Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ Avropaya əlavə hərbçi və aviasiya vasitələri göndərir

ABŞ Avropaya əlavə hərbçi və aviasiya vasitələri göndərir

Tarix: 7 Mart 2022 23:06

ABŞ-ın Müdafiə naziri Lloyd Ostin Ukraynadakı vəziyyətlə əlaqədar Avropanın müxtəlif regionlarına əlavə qoşun və hərbi vasitələr göndərilməsi əmri verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Pentaqon rəsmisi bildirib ki, Müdafiə departamenti ümumilikdə 500 əlavə hərbçinin göndərilməsini planlaşdırır. Bundan başqa, qərar Yunanıstana "KC-135" tipli yanacaqdaşıyan təyyarənin göndərilməsini də nəzərdə tutur. Bununla belə, əlavə neçə təyyarənin göndəriləcəyi ilə bağlı məlumat verməyib.

Bundan başqa, Polşa və Rumıniyaya hava dəstəyi əməliyyatı mərkəzinin, Almaniyaya isə sursat təminatı və texniki dəstək bölmələrinin yerləşdiriləcəyi bildirilib.

Pentaqon rəsmisi qeyd edib ki, əlavə yerləşdirmədən sonra ABŞ-ın Avropada rotasiya və ya daimi qaydada mövcud olan hərbi personalının sayı təxminən 100 000 nəfər təşkil edəcək.

Milli.Az


Etiketlər:  ABŞ Avropaya əlavə hərbçi aviasiya vasitələri göndərir


RƏYLƏR