Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2022 23:12
Elektron siqaretlər - veyp II tip şəkərli diabet yarada bilər.
Sonxeber.net bakupost-a istinadən xəbər verir ki, ABŞ-ın Con Hopkins universitetinin alimləri yeni elmi araşdırmalarının nəticəsində bu qənaətə gəliblər.
Onlar 600 mindən çox insanın tibbi məlumatlarını təhlil ediblər. Onların 10%-i aktiv olaraq elektron siqaretlərdən istifadə etdiyini bildirib.
Elektron siqaret çəkənlərin artıq yarısında preddiabet- şəkər önü vəziyyət müşahidə edilib.
Ümumilikdə veyp çəkənlərin diabet olma ehtimalı 1,60% çoxdur, nəinki adi siqaret çəkənlər.
Eləcə də elektron siqaret aludəçilərində digər fiziki və mental sağlamlıq problemləri də müşahidə olunur.
Alimlər elektron siqaretləri çəkməməyə çağırır.