Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Varşavadan Bakıya birbaşa reys olacaq

Varşavadan Bakıya birbaşa reys olacaq

Tarix: 22 Mart 2022 11:08

Polşanın "LOT" aviaşirkəti may ayından etibarən Varşava-Bakı istiqamətində birbaşa reyslərə başlayacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat aviaşirkətin sosial şəbəkələrdəki hesablarında yayılıb. Qeyd edilib ki, Bakı şəhəri aviaşirkətin uçuş şəbəkəsindəki növbəti şəhər olacaq.

Varşava Şopen Beynəlxalq Aeroportundan Bakıya uçuşlar həftədə dörd dəfə (çərşənbə axşamı, çərşənbə, cümə və şənbə günləri) həyata keçiriləcək. İlk uçuş mayın 27-də baş tutacaq.

Aviaşirkətin internet səhifəsində Varşava-Bakı arasında uçuşlar üçün biletlərin satışına start verilib.

Milli.Az


Etiketlər:  Varşavadan Bakıya birbaşa reys olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ