Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2022 09:14
Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak oliqarx Roman Abramoviç və Ukrayna nümayəndə heyətinin üzvü Rüstəm Umerovun zəhərlənməsi ilə bağlı yayılan xəbərlərdən danışıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, o, bunu "medianın informasiya oyunları" adlandırıb və danışıqların həmişəki kimi adi rejimdə davam etdiyini bildirib.
"Hazırda danışıqlar üzrə qruplar adi qaydada işləyir. Təbii ki, mediada müəyyən informasiya oyunlarının çoxlu elementlərini görmək olar. Buna baxmayaraq, bir daha vurğulayıram ki, hər şey işlək formatdadır", - deyə Podolyak bəyan edib.