Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə Ukraynaya humanitar yardım göndərilib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə Ukraynaya humanitar yardım göndərilib

Tarix: 15 Aprel 2022 17:57

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə Ukraynaya humanitar yardım göndərilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla əlaqədar təşkil olunan mərasimdə çıxış edən Bolqarıstan Respublikasının sabiq Prezidenti Petar Stoyanov Ukraynaya edilən yardımın onda böyük təəssürat yaratdığını vurğulayıb.

Qeyd edib ki, bir çox insanlar, könüllülər yardım etmək üçün çox çalışırlar.

"Bu mənzərə möhtəşəmdir və bu, bütün insanlar üçün böyük dərsdir. Biz lazımi anlarda bir-birimizə necə yardım edəcəyimizin nümunəsini görürük", - deyə sabiq prezident vurğulayıb.

O, Ukraynaya humanitar yardıma görə təşkilatçılara minnətdarlığını bildirib.

Xatırladaq ki, Ukraynada yaşanan böhran nəticəsində Moldova Respublikası ərazisinə keçmiş ukraynalı məcburi köçkünlərin ehtiyaclarının qarşılanması məqsədilə Azərbaycan dövləti tərəfindən məbləği 1,7 milyon manatdan çox olan 29 tonluq humanitar yardım aprelin 15-də Moldovaya yola salınıb.

Milli.Az


Etiketlər:  Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə Ukraynaya humanitar yardım göndərilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ