Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2019 05:24
Bakı. Trend:
ABŞ Sruiyada öz hərbçilərinin sayını artırmayacaq.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının komandanı Kennet Makkenzi deyib.
K.Makkenzi bildirib: "Biz patrul nəzarətini həyata keçirmək üçün yerlərdə öz iştirakımızı artırmayacağıq".
Onun sözlərinə görə, Suriyada ABŞ hərbçilərinin sayı hissələrin rotasiyasından asılı olaraq dəyişilə bilər.
Xatırladaq ki, daha əvvəl "New York Times" qəzeti bildirib ki, Pentaqon Suriyaya daha 150 hərbçi göndərməyi planlaşdırır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin