Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mədə xərçənginin qeyri-adi əlamətləri açıqlanıb

Mədə xərçənginin qeyri-adi əlamətləri açıqlanıb

Tarix: 3 May 2022 07:33

Yemək zamanı çox tez toxluq hissi mədə xərçənginin əlaməti ola bilər. Bundan başqa  iştahsızlıq da xəstəliyin gözlənilməz simptomlarındandır.

Bu barədə Böyük Britaniya Milli Səhiyyə Xidməti (NHS) xəbərdarlıq edib.

Onların sözlərinə görə, yenitörəmə həmçinin mədə qıcqırması, turşu reflyuksu, ürəkbulanma, həzmsizlik, yorğunluq və qarın ağrısına səbəb ola bilər.

Mütəxəssislər daha bir həyəcan verici əlamət olaraq mədənin yuxarı hissəsində bir ağırlıq və yeməyi udmaq istəyərkən narahatlığı göstərirlər.

"Simptomlar dəyişirsə, pisləşirsə və ya özünüzü normal hiss etmirsinizsə, ümumi həkim müayinəsindən keçmək vacibdir", - deyə həkimlər vurğulayıblar.

Xərçəng riskini minimuma endirmək mümkündür. Bunun üçün çəkiyə nəzarət etmək, alkoqollu içkilərdən sui-istifadə etməmək, duz, qırmızı və işlənmiş ətin istifadəsini məhdudlaşdırmaq lazımdır.

Milli.Az


Etiketlər:  Mədə xərçənginin qeyri adi əlamətləri açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ