Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2022 18:30
Fransa 2030-cu ilədək Rusiyadan idxal etdiyi təbii qazı kənd təsərrüfatı tullantıları ilə əvəzləməyi planlaşdırır.
Sonxeber.net "report"-a istinadən bildirir ki, məlumatı "The Independent" yayıb.
Qəzetin yazdığına əsasən, fransalı fermerlər Avropada Rusiya qazına qarşı mübarizəni dəstəkləyərək bioyanacaq istehsalı üzrə müəssisələr qururlar.
Bildirilib ki, 2021-ci ildə biometan Fransanın təbii qaza olan ehtiyacının 1, 2022-ci ildə isə 2 faizini ödəyəcək. 2030-cu ilədək də bu göstərici 20 faizə çatacaq, bu da Rusiyadan qaz idxalının həcmini üstələyir.