Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Moldova Rusiya ordusunun Dnestryanıdan çıxarılmasını tələb edir

Moldova Rusiya ordusunun Dnestryanıdan çıxarılmasını tələb edir

Tarix: 10 May 2022 08:58

Moldova BMT vasitəsilə Rusiya ordusunun Dnestryanıdan çıxarılmasını tələb edir.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Moldovanın Baş naziri Nataliya Qavrilitsa bildirib.

"Moldova BMT platformasından regionda tanınmamış rejimin nəzarətində olan ərazidə insan hüquqlarının pozulmasına diqqət çəkmək üçün istifadə edir. BMT qətnamələrində bu mövzuların olması ondan xəbər verir ki, Dnestryanı münaqişəni dünya ictimaiyyəti gündəmdə saxlayır", - Qavrilitsa deyib.

Onun sözlərinə görə, Kişinyov münaqişənin sülh yolu ilə həllini tapmaq istəyir ki, bu da ölkəni bütün vətəndaşların rifahı naminə inkişaf etdirməyə imkan verəcək.

Qeyd edək ki, 2018-ci ilin iyununda BMT Baş Assambleyası Rusiyanı qoşunlarını Dnestryanı bölgədən çıxarmağa çağırıb, qətnaməni 64 dövlət dəstəkləyib, 14-ü əleyhinə çıxıb, daha 83 ölkə bitərəf qalıb. Bundan əvvəl Moldova Prezidenti Maya Sandu dəfələrlə Dnestryanıdakı silah-sursat anbarlarını qoruyan Rusiya hərbçilərinin geri çəkilməsinə çağırıb.

Milli.Az


Etiketlər:  Moldova Rusiya ordusunun Dnestryanıdan çıxarılmasını tələb edir


RƏYLƏR