Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
 
        
        
Tarix: 20 May 2022 01:46
Türkiyənin Sakarya vilayətində qadın iki ildən sonra evinə qayıdanda qəribə mənzərə ilə üzləşib.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, iki ildir boş olan evin hamamına daxil olan qadın, içəridə çox sayda ağac budağının olduğunu müşahidə edib. Qadın məsələnin səbəbini öyrənəndə heyrətə gəlib. Məlum olub ki, 3 mərtəbəli evin 3-cü mərtəbəsindəki hamamın kiçik pəncərəsi açıq qalıb. Qarğalar çubuqları açıq pəncərədən hamama daşıyıb. Evə baxış zamanı bir neçə qarğaya rast gəlinib.
 
                    
                                    
                         
                    
                                    
                         
                    
                                    
                         
                    
                                    
                         
                    
                                    
                         
        
 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    