Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pele Putinə Ukrayna ilə bağlı müraciət edib

Pele Putinə Ukrayna ilə bağlı müraciət edib

Tarix: 2 Iyun 2022 08:38

Braziliyalı futbol əfsanəsi Pele Rusiya Prezidenti Vladimir Putinə Ukrayna ilə bağlı müraciət edib.

"Mən bir xahişlə müraciət etmək istəyirəm: bu müharibəni dayandırın. Zorakılığa haqq qazandıra biləcək heç bir arqument yoxdur", - Pele bildirib.

Milli.Az "Report"a istinadən bildirir ki, o, həmçinin qeyd edib ki, bu münaqişə şərdir, əsassızdır və xalqa ağrı, qorxu, dəhşət və əzabdan başqa heç nə gətirmir.

Qeyd edək ki, Pele və Putin sonuncu dəfə 2017-ci ildə Moskvada Konfederasiyalar Kuboku zamanı görüşüblər. Rusiya Prezidenti daha sonra Peleni sevimli oyunçularından biri adlandırıb.

Milli.Az


Etiketlər:  Pele Putinə Ukrayna ilə bağlı müraciət edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ