Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2022 09:54
29 yaşlı motosiklet yarışçısı Mark Perslou Men adasında yarış zamanı qəzaya düşüb, həkimlər idmançının həyatını xilas edə bilməyiblər.
Qəza təsnifat mərhələsinin üçüncü raundunda baş verib. Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, britaniyalı idmançı idarəetməni itirərək trasdan çıxıb. Bundan sonra Purslou ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Orada onu xilas etmək mümkün olmayıb.
Perslou 2017-ci ildə Men Qran-prisini qazanıb. O, karyerasında ikinci dəfə bu yarışa qatılmışdı.
Men adasındakı tras dünyanın ən çətin və təhlükəli yollarından biri hesab olunur. Ümumilikdə, 1907-ci ildən bəri orada keçirilən yarışlarda 250-dən çox insan həlak olub.