Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkimlər hər gün hansı meyvənin qəbulunu tövsiyyə edir?

Həkimlər hər gün hansı meyvənin qəbulunu tövsiyyə edir?

Tarix: 5 Iyun 2022 22:48

Sağlam yaşamaq, ömürü uzatmaq, yaddaşı gücləndirmək üçün gündə 2 alma yemək lazımdır.

Amerikalı Kimya Cəmiyyəti tərəfindən heyvanların üzərində aparılan araşdırmaya görə, hər gün qəbul edilən alma nəticəsində ömürün 10% artırdığını sübuta yetirilmişdir. Hər gün alma yemək erkən ölüm riskini 35% azalda bilər.

Bu qənaətə 15 il davam edən böyük bir işin nəticələri sayəsində gəlinmişdir.

Alma maqnezium, kalium, vitamin C və flavonoidlərin ən zəngin mənbəyidir. Flavonoidlər öz növbəsində, qan damarlarını rahatlaşdırmağa kömək edir və ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır.

Ayrıca, almaların müntəzəm istifadəsi istehsalda və beyində neyrotransmitter asetilkolinin miqdarını artırır. Beyindəki asetilkolin miqdarının artırılması güclü yaddaşa gətirib çıxarır və ayrıca Alsqeymer xəstəliyinin meydana gəlməsinə maneə törədir və insan zəkası problemlərinin yaranmasının qarşısını alır.


Etiketlər:  Həkimlər hər gün hansı meyvənin qəbulunu tövsiyyə edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ