Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Whatsapp”a yeni funksiya gəldi: Mesajlar 24 saata… - VİDEO

“Whatsapp”a yeni funksiya gəldi: Mesajlar 24 saata… - VİDEO

Tarix: 15 Iyun 2022 02:32

Daha əvvəl "WhatsApp" messencerində mesajın öz-özünə silinməsi ilə bağlı taymerlərin əlavə olunacağını xəbər vermişdik. 

Milli.Az Sfera.az-a istinadən bildirir ki, artıq tətbiq bu yeni funksiyasını istifadəçilərə təqdim edib.

Bunun köməyi ilə istənilən mesaj seçilmiş müddətdən sonra avtomatik silinəcək.

Əvvəllər mesajların avtomatik silinməsi göndərildikdən 7 gün sonra mümkün idisə, indi tətbiqə daha iki yeni müddət əlavə olunub: 24 saat və 90 gün.

Qeyd edək ki, qarşı tərəfin xəbəri olmadan bu yenilikdən istifadə etmək mümkün olmayacaq. Funksiyadan istifadə edildiyi vaxt mesajların silinəcəyi barədə xəbərdarlıq mesajı da gedəcək.

Milli.Az


Etiketlər:  Whatsappa yeni funksiya gəldi Mesajlar 24 saata VİDEO


RƏYLƏR