Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2022 08:50
Ümid edirik ki, ABŞ və Avropa üçlüyü (Böyük Britaniya, Fransa və Almaniya) İranın nüvə sazişinin bərpası üçün razılaşma ilə bağlı real addımlar atacaq.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransı zamanı deyib.
O, sözügedən məsələ, o cümlədən Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbərinin Tehrana səfəri ilə bağlı Çavuşoğlunu məlumatlandırdığını bildirib.
İranlı nazir daha sonra Ankara ilə ikitərəfli əlaqələrdən danışaraq bildirib ki, qonşuluq prioriteti siyasətinə uyğun olaraq, Prezident İbrahim Rəisi Türkiyə ilə əlaqələrin genişləndirilməsini gündəmin birinci sırasına daxil edib.