Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Minalardan təmizləmə əməliyyatı zamanı gözlənilməz sürpriz - VİDEO

Minalardan təmizləmə əməliyyatı zamanı gözlənilməz sürpriz - VİDEO

Tarix: 21 Iyul 2022 20:32

Ukraynalı mütəxəssislər Zmeyinı adasında ərazinin tədqiqi və minalardan təmizlənməsi üzrə iş apararkən Rusiya ordusuna məxsus silahlar və texnikalar da aşkarlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat verib.

Bildirilir ki, aşkarlananlar arasında istiqamətləndirmə və idarəetmə sistemləri, "Orlan-10" PUA-ları, Daşınan Zenit Raket Sistemləri, qumbaraatanlar, odsaçan silahlar, atıcı silahlar, döyüş jurnalları, Rusiya hərbçilərinin şəxsi sənədləri, elektron daşıyıcıları var.

Bundan əlavə, adada bir neçə ay işğal altında yaşayan pişik də tapılıb. Heyvan təxliyə edilib.

Xatırladaq ki, Zmeyinı iyulun 4-də rəsmən Ukraynanın yurisdiksiyasına qaytarılıb. Ada işğaldan azad edildikdən sonra Dunay-Qara dəniz kanalı ilə gəmiçilik bərpa edilib.

Milli.Az


Etiketlər:  Minalardan təmizləmə əməliyyatı zamanı gözlənilməz sürpriz VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ