Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mənim tərbiyəm deyil, özləri belədir''

''Mənim tərbiyəm deyil, özləri belədir''

Tarix: 7 Avqust 2022 13:35

Əməkdar incəsənət xadimi Ayaz Salayev "Onun sirri" verilişində qonaq olub.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, o, proqramda övladlarından danışıb. A.Salayev uşaqlarına qadağa qoymadığını deyib:

"Dörd övladım var, ilk evliliyimdən 1 qız, 1 oğlan, ikincidən isə 2 qız. Mənə elə gəlir ki, pis ata deyiləm. Övladlarıma qadağa qoymuram. Demokratik, eyni zamanda mənəviyyat. Boş buraxmıram, həm də evə bağlamıram. Buna tərbiyə deməzdim. Bizim münasibətlərdə əsas məsələ mənəviyyatdır. Övladlarım bir şey etməzdən əvvəl həmişə soruşurlar, icazə alırlar. Mənim tərbiyəm deyil, özləri belədir".

Qeyd edək ki, A.Salayev "Azərbaycanfilm" kinostudiyasının baş redaktorudur.


Etiketlər:  Mənim tərbiyəm deyil özləri belədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ