Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağcaqanad sancması ölümə səbəb ola bilər?

Ağcaqanad sancması ölümə səbəb ola bilər?

Tarix: 11 Avqust 2022 21:30

Ağcaqanad təhlükəli həşərat sayılmiz. Arı və xüsusilə də eşşək arısı ilə müqayisədə ağcaqanad sancmaları insana narahatlıq versə də əksər hallarda ciddi fəsadlara səbəb olmur.  

Saglamolun.az aif.ru-ya istinadla bildirir ki, rusiyalı terapevt İrina Doljkovanın sözlərinə görə, çox nadir hallarda olsa da ağcaqanad sancması insanda ağır allergik reaksiyaya və hətta ölümə səbəb ola bilər.

Bu nə zaman mümkündür? Allergiyaya meylli insanlarda ağcaqanad sancması güclü allergik reaksiyaya o cümlədən Kvinke ödemi və anafilaktik şoka gətirib çıxarda bilər.

Bu səbəbdən ağcaqanad sancmasından sonra sizdə səpki, ödemlər, nəfəsalmanın çətinləşməsi, başgicəllənmə kimi simptomlar əmələ gəlibsə, dərhal təcili yardım çağırın.  

Həmçinin nadir hallarda olsa da ağcaqanad sancması zamanı orqanizmə daxil olan infeksiya septik şoka səbəb ola blər. Məhz ağcaqanad sancmasından sonra inkişaf etmiş septik şok bu ilin iyilun əvvəlində Böyük Britaniya vətandaşı olan Oriana Pepperin ölümünə səbəb olub.

Milli.Az


Etiketlər:  Ağcaqanad sancması ölümə səbəb bilər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR