Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2019 06:48
Bakı. Trend:
BMT-nin Baş katibi Antonio Quterreş İran lideri Həsən Ruhani ilə görüşdə İranın nüvə razılaşmasının qorunmasına dəstəyini ifadə edib.
Trend-in məlumatına görə, bu barədə BMT-nin mətbuat xidmətində bildiriblər.
Bildirilib ki, BMT-nin Baş katibi İran Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına dəstəyini bir daha təsdiqləyib:
"A.Quterreş və H.Ruhani qarşılıqlı maraq doğuran regional mövzuları da müzakirə ediblər".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin