Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
 
        
        
Tarix: 15 Avqust 2022 20:56
Cənubi Koreya Prezidenti Yun Suk Yol Şimali Koreyanın nüvədən imtinayla bağlı qəti addımlar atacağı təqdirdə ölkəyə iqtisadi yardım etməyi təklif edib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, Prezidentin sözlərinə görə, Koreya yarımadasında, Şimal-Şərqi Asiyada və dünyada davamlı sülh üçün Pxenyan administrasiyasının nüvəsizləşdirilməsi zəruridir:
"Şimali Koreya nüvə proqramını inkişafını dayandırsa, real və güclü nüvəsizləşdirmə prosesinə başlasa, mənim nəzərdə tutduğum cəsarətli təşəbbüs Şimali Koreyanı tədricən iqtisadiyyatını və xalqının rifahını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq".
 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    