Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uilyam Gil: ABŞ Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşə gələcəkdə ev sahibliyi edə bilər

Uilyam Gil: ABŞ Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşə gələcəkdə ev sahibliyi edə bilər

Tarix: 1 May 2019 19:54

Bakı. Ləman Zeynalova - Trend:

ABŞ Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşə gələcəkdə ev sahibliyi edə bilər.

Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfirinin müavini Uilyam Gil deyib.

O bildirib ki, ABŞ ATƏT Minsk qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunması üçün tərəflərlə işləməkdə qərarlıdır:

“ABŞ Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşə gələcəkdə ev sahibliyi edə bilər. Bu imkanla bağlı müzakirələr davam edir. Ümid edirəm ki, gələcəkdə yaxşı xəbər verə biləcəyik”.

Xatırladaq ki, bir müddət əvvəl xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın iki ölkə nazirlərinin növbəti görüşünün Vaşinqtonda keçirilməsini təklif etdiyini açıqlamışdı.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Uilyam ABŞ Azərbaycan Ermənistan xarici işlər nazirləri arasında görüşə gələcəkdə sahibliyi edə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ