Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Səyahət xərclərini yoldaşımla bölürük'' - Sevda

''Səyahət xərclərini yoldaşımla bölürük'' - Sevda

Tarix: 17 Avqust 2022 15:20

Müğənni Sevda Yahyayeva səyahət etdiyi ölkələrdən danışıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, tez-tez xaricə üz tutan sənətçi "Maqazin plus"a müsahibəsində səfər xərclərini həyat yoldaşıyla böldüyünü bildirib:

"Səyahəti çox sevirəm, həmişə arzum olub. Ailə qurmamışdan əvvəl də bir çox ölkələrə səyahət etmişəm. Niderlandın Rotterdam şəhərində,  Almaniyanın Köln şəhərində. Nyu-Yorkda, Los-Ancelesdə və Las-Veqasda olmuşdum. Bacardığım qədər gəzmişdim. Səyahətimizin pulunu yarı-yarıya bölürük. Büdcəmiz eynidir, düzgün bölüşdürürük. Hər şeyi bərabər şəkildə edirik. Ona görə də səyahət etmək bizim üçün rahat olur.

Qeyd edək ki, Zakir Bayramovla ailəli olan Sevda Yahyayeva ana olmağa hazırlaşır.


Etiketlər:  Səyahət xərclərini yoldaşımla bölürük Sevda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ