Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əlcəzairin keçmiş baş naziri prezidentlik yarışına qatılıb

Əlcəzairin keçmiş baş naziri prezidentlik yarışına qatılıb

Tarix: 27 Sentyabr 2019 08:00

Bakı. Trend:

Əlcəzairin keçmiş baş naziri Əli Benflis bu il dekabrın 12-də keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

Trend-in məlumatına görə, siyasətçinin qərarı Talai əl-Hürriyyət partiyasının mərkəzi komitəsinin iclasının sonunda elan edilib. Benflis ölkəni böhranın yaratdığı təhdidlərdən qurtarmaq, dövlətin dağıdılmasının qarşısını almaq və siyasi sosial-iqtisadi çətinliklərlə üzləşmək üçün seçkilərə qatılmaq qərarı verib.

Partiyanın lideri qarşıdaki seçkilərlə bağlı bunları bildirib: "Vətəndaşları qarşıdan gələn seçkilərdə iştiraka təşviq etmək üçün tədbirlər görmək lazımdır. Bu, səsverməyə inam təmin edəcək".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Əlcəzairin keçmiş baş naziri prezidentlik yarışına qatılıb


RƏYLƏR