Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2022 19:50
Böyük Britaniyada bir qadının yarım əsr əvvəl oğluna verdiyi üzük sahibinə qaytarılıb. Oğlu üzüyü çiyələk yığarkən itirib.
Sonxeber.net bildirir ki, bu barədə "Metro" məlumat yayıb.
Anası Devid Redlinin 21-ci ad gününə görə üzük hədiyyə edib. Qadın kataloqdan bahalı zinət əşyası alıb və onun pulunu hissə-hissə ödəyib. Redli hədiyyəni 1968-ci ildə doğma Lesterşir ştatının Sigreyv kəndində çiyələk yığarkən itirib. Britaniyalı uzun müddət üzüyü tapmağa çalışsa da, buna nail ola bilməyib.
Lakin 54 il sonra Redlinin mərhum anasının hədiyyəsi Piter Lavetta məxsus tarlada bir xəzinə ovçusu tərəfindən tapılıb. Üzük 17 santimetr dərinlikdə olub və illər ərzində yalnız bir kiçik cızığı olub. Lavett üzüyü indi 75 yaşı olan sahibinə qaytarıb. "Piter mənə zəng edəndə inanmadım. Mən o an təsvirolunmaz sevinc yaşadım", - deyə o vurğulayıb.
Redlinin dediyinə görə, barmaqları illər keçdikcə qalınlaşdığı üçün üsüyü bir az da böyütmək üçün zərgərə aparmalı olub. "Mən onu zərgərlik emalatxanasına apardım və onlar üzüyü 700 funt-sterlinq qiymətləndirdilər, bu da o günlərdə onun çox qiymətli olduğunu göstərir", - britaniyalı deyib.
İrfan Vəliyev