Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2022 08:40
"Barselona"nın hücumçusu Pyer-Emerik Obameyanqın evində oğurluqla bağlı bəzi təfərrüatlar məlum olub.
Sonxeber.net "Unikal"a istinadən xəbər verir ki, dəymiş ziyan 700 min avro qiymətləndirilir.
Bildirilib ki, Obameyanq həyat yoldaşını qorumaq istəyib və bu zaman ov tüfənginin qundağı ilə çənəsinə zərbələr endirilib. Həyat yoldaşı evdə təhlükəsizlik sistemini işə salmaq istəyib, lakin cinayətkarlardan biri onun qarşısını alıb. Futbolçu isə həyat yoldaşına kömək etmək istəyib.
Qeyd olunur ki, Obameyanqın "Barselona"ya transferindən sonra onun ailəsi ikinci dəfə qarət edilib. İlk dəfə bu, iyulun 17-də baş verib. O zaman qarətçilər ümumi dəyəri 1,5 milyon avro olan qızıl-zinət əşyaları və saatlar oğurlayıblar.
Son oğurluq zamanı Obameyanqın çənəsinin sındığı bildirilir. Onun ən azı bir ay məşqləri buraxacağı qeyd edilir.