Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2022 19:54
Təyyarənin sərnişini stüardessalarla əlbəyaxa dava edib və Londondan Kiprə uçan reysi pozub.
Sonxeber.net bildirir ki, bu barədə "Simple Flying" portalı məlumat yayıb.
Belə ki, "EasyJet"in uçuşu zamanı 22 yaşlı britaniyalı özünü qeyri-adekvat aparmağa başlayıb - sərxoş vəziyyətdə olan kişi uçuşun təhlükəsizliyini təhdid edərək kabin heyətinin üzvlərinə hücum edib.
Təyyarə komandiri marşrutdan yayınmağa qərar verib və Yunanıstanda eniş etməyə məcbur olub. Dava edən şəxs polis tərəfindən saxlanılıb, nəticədə o, həbs edilib. Britaniyalı bir neçə cinayət ittihamı ilə üz-üzədir.
Yoxlama zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları sərnişin oturacağının altından bir neçə boş şüşə spirtli içki aşkar ediblər.
İrfan Vəliyev