Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı-Sumqayıt qatarlarının əvvəlki hərəkət cədvəli bərpa olunub

Bakı-Sumqayıt qatarlarının əvvəlki hərəkət cədvəli bərpa olunub

Tarix: 15 Sentyabr 2022 14:50

Bugündən etibarən Bakı-Pirşağı-Sumqayıt-Bakı, eləcə də Bakı-Xırdalan-Sumqayıt-Bakı şəhərətrafı sürət elektrik qatarlarının əvvəlki qrafiki bərpa olunub.

Belə ki, hərəkət cədvəlində dəyişiklik edilmiş bəzi reyslər ənənəvi qrafik üzrə fəaliyyət göstərir.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Sonxeber.net-a verilən məlumata görə, Bakı-Xırdalan-Sumqayıt-Bakı sürət elektrik qatarlarına və Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarına minmə-düşmə də əvvəlki qaydada Biləcəri stansiyasının həm meydan, həm də əks tərəfində aparılır.

Həmçinin Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarlarının hərəkət qrafiki də əvvəlki qaydada tənzimlənir.

Xatırladaq ki, 3-14 sentyabr tarixlərində Biləcəri - Keşlə sahəsində kontakt naqilinin dəyişdirilməsi ilə əlaqədar Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən elektrik qatarlarının qrafiklərində müvəqqəti dəyişikliklər edilmişdi.


Etiketlər:  Bakı Sumqayıt qatarlarının əvvəlki hərəkət cədvəli bərpa olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ