Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hamilələrə balıq yemək olarmı?

Hamilələrə balıq yemək olarmı?

Tarix: 19 Sentyabr 2022 21:06

Alimlər hamiləlikdə balıq yeməyin faydalı və ya zərərli olub olmadığını araşdırıb.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, Bristol universitetinin neyrotoksikoloqları balıqda olan civənin dölə təsirini öyrənib.

Bir çox hamilələr balıqdan imtina edir, onu yeməkdən qorxur.

Alimlər bildirib ki, balıq hamilə və döl üçün təhlükəli deyil.

Balıqda olan civə miqdarı uşağa təsir edəcək səviyyədə deyil.

Əksinə Balıq yağı BAD-ları əvəzinə hamilələrə təbii balıq lazımdır.

400 min qadın üzərində aparılan analiz göstərib ki, orqanizmlərində olan civə uşaqlarda heç bir əks təsir yaratmayıb.

Eləcə də heç balıq yeməyən qadınlarda civə daha zərərli təsir göstərə bilər, çünki balığın təmin etdiyi vitamin D, selen, yağ turşusu, Omeqa əskikliyi yaranır.

Alimlər hamilələrə həftədə 1-2 dəfə balıq yeməyi tövsiyə edir.


Etiketlər:  Hamilələrə balıq yemək olarmı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ