Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2022 08:57
Öd daşı xəstəliyi xolesterin və ya bilirubun mübadiləsinin pozğunluğu ilə xarakterizə olunan xəstəlikdir.
Bu xəstəlik özünü öd axacığında,öd kisəsində və qaracıyər daxili öd yollarında öd daşlarının olması ilə göstərir. Öd daşı xəstəliyi yayılmış patologiyidır. Çox vaxt orta və ahıl yaşlı adamlar xəstələnir, lakin arabir uşaqlarda da rast gəlinən xəstəlikdir. Xəstəlik kişilərə nisbətən qadınlarda daha çoç rast olunur. Öd daşı xəstəliyinin 3 mərhələsi qeyd olunur:
- ödün fiziki kimyəvi dəyişikliyi mərhələsi
- daşdaşıma mərhələsi
-kalkulyoz xolesistit (kəskin və ya xroniki)
ETİOLOGİYASI: Öddaşı xəstəliyinin əmələ gəlməsini 3 əsas amillə əlaqələndirirlər:
- maddələr mübadiləsinin pozğunluğu
- öddə durğunluq
- iltihab
Maddələr mübadiləsinin pozğunluğu ödün kalloid davamlılığının pozulması nəticəsində onun komponentlərinin çöküntü şəklində çökməsi nəticəsində baş verir. Ödün tərkibinin dəyişikliyi, lipid və piqment mübadiləsinin pozğunluğu baş verir ki, bu da bilirubin daşlarının və ya qarışıq daşların əmələ gəlməsinə səbəb olur. Xolesterin və öd turşusu mübadiləsinin pozğunluğu öddə xolesterinin konsentrasiyisının artması və öd turşularının azalmasına səbəb olur ki, bu da öd kisəsində daşların əmələ gəlməsinə səbəb olur.
Öddə durğunluğun olması da daşın əmələgəlmə səbəblərindən biridir. Durğunluq zamanı öddə bilirubinin və xolesterinin miqdarı 10-20 dəfə artır. Durğunluğa ödçıxarıcı yolların diskineziyası, ödçıxarıcı yollarda anatomik dəyişikliklər, anadangəlmə anomaliyalar da səbəb olur.
İltihabi eksudat çoxlu miqdar zülüla və duzlara , o cümlədən kalsium ionlarına malikdir. Bakteriyaların bəzi növləri əriyən bilirubinin kalsium ionları ilə reyaksiyasına təsir edərək onları əriməyən birləşmiş bilirubinə çevirir. Bu səbəbdən də öddə çöküntülər əmələ gəlir.
Öddə 3 tip daş olur
1. Xolesterin daşları
2. Piqment daşları
3. Qarışıq daşlar
DİAQNOZU: Xəstəliyin diaqnozunda USM və KT -nin nəticələri əsas götürülür. Bundan başqa qanın biokimyəvi analizlərin nəticələri də xəstəliyin diaqnozunda böyük rol oynayır.
MÜALİCƏSİ: Müalicısi həm terapevtik , həm də cərrahi yolla aparılır. Dieta ən vacıb şərtdir.