Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artistinin qızı: “Atamın səhhəti pisləşib, ayaqları tutulub”

Xalq artistinin qızı: “Atamın səhhəti pisləşib, ayaqları tutulub”

Tarix: 27 Sentyabr 2022 15:57

"Həkimin atamın müalicəsi üçün yazdığı sistemlər və iynələrin hamısını vurduqduq. Hazırda ancaq həb qəbul edir. İki gün əvvəl o özünü ötən günlərdən fərqli olaraq daha gümrah, daha yaxşı hiss edirdi. Sanki gözləri açılmışdı. Amma ailəmizdə cavan yaşda yaxınımızın qəfil vəfatı atamın səhhətini pisləşdirdi. Artıq iki gündür ki, o, özünü pis hiss edir. Xəstəliyi sanki yenidən baş qaldırıb".

Milli.Az xəbər verir ki, bu sözləri Xalq artisti Ənvər Həsənovun qızı Aytən Həsənova bizim.media-nın əməkdaşı ilə söhbətində açıqlayıb.

Sənətkarın qızı atasının səhhətinin yenidən pisləşdiyini dilə gətirib:

"İtki xəbəri atama çox pis təsir edib. Hələ də atam bu itki ilə barışa bilmir. Səhhəti pisləşib. Tez-tez başı hərlənir. Ayaqları da yer tutmur, əsa ilə gəzir. Sistemlərdən və iynələrdən atamın bədəni deşik-deşikdir. Preparatlar onu ayağa qaldırsa da, lakin əks təsirsiz ötüşmür. Onlar birbaşa böyrəklərə və qara ciyərə mənfi təsir göstərir.  
Böyrəklərində dörd kistası var. Bu da digər xəstəliklərə yol açır. İştahası kəsilib. Güclə yemək yeyir".

Ə.Həsənovun qızı bildirib ki, "TƏBİB" və Mədəniyyət Nazirliyi atasının səhhəti ilə maraqlanmır.

"Hər iki qurum düşünür ki, atam artıq sağaldı və hər şey yaxşıdır. Xeyr, bu belə deyil. Atamın hələ də səhhətində problemlər var. O, özünü yalnız hiss edir. Atamın dəstəyə ehtiyacı var".

Milli.Az


Etiketlər:  Xalq artistinin qızı Atamın səhhəti pisləşib ayaqları tutulub


RƏYLƏR