Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dilənçinin üzərindən çıxan pulun miqdarı təəccübləndirir

Dilənçinin üzərindən çıxan pulun miqdarı təəccübləndirir

Tarix: 6 Oktyabr 2022 18:36

Türkiyənin Yalova şəhərində vətəndaşlardan pul tələb edən dilənçi saxlanılıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, polis Şöbəsinə aparılan dilənçinin üzərindən axtarış zamanı külli miqdarda pul tapılıb.

Bu barədə Yalova Bələdiyyəsi Polis Şöbəsinin səlahiyyətliləri açıqlama verib. "Rayon daxilində  yoxlamalarımız zamanı Cevdet Aydın Parkında bir dilənçi ilə qarşılaşdıq. Onu polis bölməsinə gətirdik. Axtarış zamanı dilənçinin üzərindən 12 min lirə maddi vəsait aşkarlandı. Yalovada ilk dəfədir ki, belə böyük məbləğdə pula rast gəlirik. Vətəndaşlarımızdan xahiş edirik ki, bu məsələdə diqqətli olsunlar, dilənçiliyi peşəyə çevirən insanlara pul verməsinlər", - deyə qeyd edilib.

Dilənçidən tapılan pullar müsadirə edilib, özü ilə bağlı ilə qanunlar çərçivəsində tədbirlər görülüb.


Etiketlər:  Dilənçinin üzərindən çıxan pulun miqdarı təəccübləndirir


RƏYLƏR