Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda ''naməlum virus'' var?

İranda ''naməlum virus'' var?

Tarix: 2 Oktyabr 2019 16:39

Bakı. Elnur Bağışov - Trend:

İranın cənub-qərbində yerləşən Çahar-Mahal və Bəxtiyari vilayətinin Çinar Mahmudi kəndində naməlum virus yayılıb.

Trend-in məlumatına görə, vilayətin Səhiyyə və Müalicə Mərkəzinin direktoru Raşid Cəzayeri də məsələnin araşdırıldığını bildirib.

Məlumata görə, təxminən 10 nəfər həmin virusa yoluxub. Qeyd edilir ki, təxminən 2 ay öncə kəndin bəzi sakinləri diabet analizi veriblər. Onların bəzisində HIV virusunun olması şübhəsi yaranıb.

Parlamentin səhiyyə və müalicə komitəsinin sədr əvəzi Murtaza Xatəmi virusun HİV olduğunu təsdiqləyib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İranda naməlum virus


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ