Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada miqrasiya qaydaları sərtləşdiriləcək

Rusiyada miqrasiya qaydaları  sərtləşdiriləcək

Tarix: 20 Oktyabr 2022 08:42

Rusiyada miqrasiya qaydalarının sərtləşdiriləcəyi gözlənilir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, şuranın son keçirilən iclasında miqrasiya prosesləri ilə bağlı məsələlər müzakirə olunub.

N.Patruşev deyib ki, miqrantların sıx yaşadıqları ərazilərdə genişmiqyaslı yoxlama tədbirləri keçirilməsi nəzərdə tutulub. Bundan başqa, qanunvericiliyə miqrasiyaya, eləcə də əcnəbi vətəndaşların qeydiyyat qaydalarını pozmasına görə məsuliyyətinə nəzarətin sərtləşdirilməsinə dair dəyişikliklər ediləcək.

Təhlükəsizlik Şurasının katibi güc strukturlarına beynəlxalq terror və ekstremist təşkilatlarının üzvlərini tapıb üzə çıxarmaq barədə tapşırıq verildiyini də vurğulayıb.

Milli.Az


Etiketlər:  Rusiyada miqrasiya qaydaları sərtləşdiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ