Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2022 16:04
Artıq gəlinliyi təkcə kirayələmək üçün yox, geyinib yoxlamaq üçün də ödəniş tələb edilir.
Paytaxtda apardığımız sorğu zamanı bəzi sakinlər də bu cür halla qarşılaşdıqlarını bildiriblər. Onlar gəlinliyi yoxlmaq üçün pul tələb olunmasını düzgün hesab etmirlər.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, gəlinliyin geyinilib yoxlanması üçün tələb olunan məbləğ 40, 50, hətta 100 manata çatır. Ödəniş tələb edən mağazalar bunu müxtəlif səbəblərlə izah edirlər.
Hüquqşünas Samir Qasımovun sözlərinə görə, bu cür məsələlər qanunvericiliklə xüsusi olaraq tənzimlənmir.
Hüquqşünas deyir ki, bu barədə formalaşmış məhkəmə təcrübəsi də yoxdur.