Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran Ermənistanı bu “dəhliz”ə qoşmaq üçün çalışır

İran Ermənistanı bu “dəhliz”ə qoşmaq üçün çalışır

Tarix: 1 Noyabr 2022 16:54

İranın yol və şəhərsalma naziri Rüstəm Qasımi ilə Ermənistanın regional idarəetmə və infrastruktur naziri Qonel Sanusyan arasında Tehranda görüş keçirilib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

"Qərara alınıb ki, İran şirkətləri Ermənistanda tunellər, yollar və bina tikintisi sahəsində əməkdaşlıq etsinlər. Həmçinin, Nurduz sərhəd məntəqəsindən Vərziqan və Təbrizə qədər Şimal-Cənub dəhlizinin tamamlanması və inkişafı razılaşdırılıb. Müzakirələrdə İran şirkətləri tərəfindən Ermənistan ərazisində 7,2 km uzunluğunda Qacaran tunelinin tikintisinə 2023-cü ilin yazında başlamaq barədə razılıq əldə olunub", - məlumatda bildirilib.

İranın həm Ermənistanda, həm də İran ərazisində Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisində aktiv iştirakı da razılaşdırılıb.

Dəhlizin tikintisilə bağlı maliyyə məsələləri və vəsaitlərin necə təmin olunması barədə heç bir məlumat verilməyib.

Qeyd edək ki, İran Fars körfəzindən Qara dənizə "dəhliz" açmaq iddiasını ortaya qoyub.


Etiketlər:  İran Ermənistanı dəhlizə qoşmaq üçün çalışır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ