Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2022 21:03
Duzlu qidalardan çox istifadə etmək xərçəngin əmələ gəlməsində tətikləyici faktor ola bilər.
"Medicina" xəbər verir ki, onkoloq Andrey Orlov duzlu qidaların da siyahıda olduğunu qeyd edib.
"Bir neçə qrup qidalar var ki, onkoloji xəstəliklərin inkişafını təmin edir.
Ayrılıqda bu qidalar xərçəng yaratmır, burda söhbət sui-istifadədən, gündəlik, mütəmadi və çox yeməkdən gedir.
Bu qrup qidalar siyahısında:
- Yüksək duzlu qidalar, duz özü, şoraba
- Heyvani yağlarla zəngin, doymuş qidalar
- Hisə verilmiş və konservləşdirilmiş
- Dərin termiki işlənmədən keçən - hazır qidalar
İnsan balanslaşdırılmış rasionda qidalanırsa, arada bəzən bu qidalardan yemək təhlükə yaratmır.