Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2022 22:40
"Neftin qiymətinin yuxarı həddi səbəbindən Qərb hər şeyə hazır olmalıdır".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
"Əgər onlar qaydalar olmadan bir növ müharibəyə başlasalar, biz öz əks-hərəkət vasitələrimizdən istifadə edəcəyik", - deyə Ryabkov qeyd edib.
Qeyd edək ki, o, daha öncə Rusiyanın dəniz neftinin marjinal qiymətinin hazırkı səviyyəsinin 60 dollar səviyyəsində müəyyən edildiyini və bu qiymətin Rusiya xammalının bazar qiymətindən bir qədər aşağı olduğunu demişdi.