Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neyromübadilə-endokrin sindrom

Neyromübadilə-endokrin sindrom

Tarix: 8 Dekabr 2022 01:03

Bu patologiya artan piylənmə və diensefal simptomatika fonunda böyrəküstü vəzlərin və yumurtalıqların hormonal funksiyasının pozulmaları ilə səciyyələnir. Hamilə qalmayan və piylənən qadınların 1/3 hissəsi bu patologiyadan əziyyət çəkir. Metobolik sindromun inkişafına səbəb olan amillər müxtəlifdir:
- psixi travmalar
- neyroinfeksiyalar
- stresslər
- doğuş travmaları
- abortlar.
Sadalanan müxtəlif faktorların təsiri nəticəsində premorbid fonu - hipofiz sisteminin labilliyi olan qadınlarda metobolik sindrom inkişaf edir.
Xəstəliyin patogenezi olduqca müxtəlifdir. Bircinsli olaraq hipotalamusun neyroendokrin funksiyası pozulur. Bu isı öz növbəsində yuxunun, iştahanın pozulması, susuzluq, başgicəllənmə,  başağrısı, hipertenziya kimi çoxsaylı patoloji simptomlarla xarakterizə olunur.
Hipotalamusun sinir hüceyrələrində endorfin sintezi artır, dofamin sintezi azalır. Bunun nəticəsi olaraq prolaktinin ifrazı güclənir, qonadotrop hormonlarının ifrazının ritmi pozulur. Böyrəküstü vəzin qabıq maddəsinin hormonlarının artıq ifraz olunması yağ, zülal, karbohidrat mübadiləsinin pozulmasına və hipertenziyaya gətirib çıxarır. Kortizolun artıq ifraz olunması isə qarın nahiyyəsində piyin toplanmasına qarında və budda dəri dartılmalarının əmələ gəlməsinə səbəb olur. Esterogenlərin səviyyəsinin yüksəlməsi endometriumun hiperplastik proseslərinə təkan verir, bununla da yumurtalıqlarda follikulun atreziyası əmələ gəlir. Beləliklə də aybaşı tsikli pozulur, sonsuzluq meydana çıxır.
Klinikası:

Neyromübadiə endokrin sistemin pozulması nəticəsində menstrual tsikl pozulur, adətən bu pozulmalar doğuşlardan, abortlardan, streslərdən sonra baş verir. Dəridə ləkələr meydana çıxır. Xəstəlik 5 ildən çox davam edərsə polikistoz yumurtalıq inkişaf edir.
Diaqnozu:
Diaqnozun əsasını hormonal müayinələr təşkil edir. Qanda kortizol, prolaktin, insulin, testesteronun nisbəti yoxlanılır.
Müalicəsi:

Həkimin ciddi nəzarəti altında pəhriz və medikamentoz terapiya fonunda bədən kütləsinin azalmasından və menstrual tsiklin abərpasından ibarətdir.


Etiketlər:  Neyromübadilə endokrin sindrom


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ