Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hava limanı işçisinin başına kompüter atdılar - VİDEO

Hava limanı işçisinin başına kompüter atdılar - VİDEO

Tarix: 22 Dekabr 2022 20:20

Qəzəbli qeyri-adekvat sərnişin hava limanı əməkdaşının başına kompüter atıb.

Milli.Az bildirir ki, hadisənin videosunu TMZ nəşri yayıb.

Hadisə çərşənbə axşamı, dekabrın 20-də ABŞ-ın Mayami Beynəlxalq Hava Limanında baş verib. Təyyarənin qadın sərnişini əsəbiləşərək söyüş söyməyə başlayıb. Qadın kompüter monitorunu götürərək "American Airlines" əməkdaşının üzünə atıb.

Aviaşirkətin xəsarət almış nümayəndəsi sakit reaksiya verib. Sonradan məlum olub ki, qadının çiyni əzilib. Qeyd olunub ki, amerikalının nalayiq davranışına övladlarının ona xəbərdarlıq etmədən çıxış qapıdan keçməsi səbəb olub.

Dava edən şəxs aeroport polisi tərəfindən saxlanılıb. O, asayişi pozmaqda və xuliqanlıqda ittiham olunub. O, 10 min dollar cərimə ödəyəcək.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Hava limanı işçisinin başına kompüter atdılar VİDEO


RƏYLƏR