Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qırğızıstan-Çin sərhədində zəlzələ olub

Qırğızıstan-Çin sərhədində zəlzələ olub

Tarix: 29 Dekabr 2022 08:10

Qırğızıstan və Çin sərhəddində 6,2 bal gücündə zəlzələ baş verib, təbii hadisəni Alma-Ata sakinləri də hiss ediblər.

Bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin "Seysmoloji Təcrübə-Metodiki Ekspedisiyası" məlumat yayıb.

Məlumata görə, təbii hadisənin episentri Alma-Ata şəhərindən 261 km cənub-şərqdə, Çin və Qırğızıstan sərhədində, zəlzələ ocağı 25 km. dərinlikdə yerləşib.

Seysmoloqların bildirdiyinə görə, zəlzələ Alma-Atada 2-3 bal gücündə (MSK-64 şkalası üzrə) hiss olunub. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Şəhər Fövqəladə Hallar Departamentinin mətbuat xidməti qeyd edib ki, zəlzələnin mümkün fəsadlarının müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.


Etiketlər:  Qırğızıstan Çin sərhədində zəlzələ olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ