Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Suriyanın Təl-Əbyad rayonu qismən Türkiyənin nəzarətinə keçib

Suriyanın Təl-Əbyad rayonu qismən Türkiyənin nəzarətinə keçib

Tarix: 10 Oktyabr 2019 18:28

Bakı. Rufiz Hafizoğlu - Trend:

Suriyanın şimal-şərqindəki Təl-Əbyad rayonu qismən Türkiyə Silahlı Qüvvələrinin nəzarətinə keçib.

Trend-in məlumatına görə, hazırda Türkiyə ordusu yerli qüvvələrin dəstəyi ilə rayon mərkəzini terrorçulardan təmizləyir.

Əməliyyat zamanı aviasiya, artilleriya ilə yanaşı pilotsuz uçuş aparatlarından da istifadə edilir.

Qeyd edək ki, oktyabrın 9-da Türkiyə ordusu Suriyanın şimal-şərqində əməliyyatlara başlayıb.


Etiketlər:  Suriyanın Təl Əbyad rayonu qismən Türkiyənin nəzarətinə keçib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ