Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2023 23:48
Texas Universitetində çalışan alimlərin rəyinə əsasən qadınlar çox vaxt öz çəkisini düzgün qiymətləndirmirlər. Keçirilən araşdırmaların nəticəsində müəyyən olunub ki, 25% artıq çəkisi olan qadınlar öz çəkisini "normal" hesab edirlər. Digər tərəfdən isə, 16% tam normal çəkisi olan qadınlar özlərini "kök" hesab edərək arıqlamaq istəyirlər.
Bu kimi yanlış fikirlər qadınların səhhətinə mənfi təsir edə bilər. Özlərini "arıq" hesab edən kök qadınlar yeməkdə özlərinə heç bir məhdudiyyət qoymurlar. Əksinə, özlərini "kök" hesab edən arıq qadınlar müxtəlif pəhrizlərə riayət edir, arıqlamaq üçün xüsusi həblər içirlər.