Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2023 07:52
Pentaqon Kiyevin altı həftə davam edəcək birinci mərhələsi başa çatdıqdan sonra genişləndirilmiş təlim proqramında iştirak etmək üçün Almaniyaya yeni hərbi komandalar göndərəcəyini gözləyir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu çərşənbə axşamı jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Pentaqonun sözçüsü Patrik Rayder deyib.
"Ukrayna eyni proqramı başa çatdırmaq üçün daha çox qoşun göndərib-göndərməməyə qərar verəcək. Biz şübhəsiz ki, onlardan bunu gözləyirik. Ancaq sonda, döyüş meydanındakı vəziyyəti nəzərə alaraq, bu, onların qərarıdır" - deyə hərbi idarənin sözçüsü vurğulayıb.